Yuxarı

AFFA İK-nin iclası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AFFA İK-nin iclası keçirildi

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Axar.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, milli assosiasiyanın prezidenti Rövşən Nəcəf əvvəlcə UEFA Çempionlar Liqasında “Qarabağ”ın bu mövsüm qazandığı uğurlar münasibətilə komandanın baş məşqçisi Qurban Qurbanovu təbrik edib, bu nəticələrin Azərbaycan futbolunun beynəlxalq nüfuzunun artmasına töhfə verdiyini vurğulayıb. AFFA-nın prezidenti daha sonra iclasın gündəliyi barədə məlumat verib.

İlk olaraq AFFA-nın 2026-cı il üçün büdcəsi müzakirə olunaraq təsdiqlənib.

Ardınca AFFA-nın baş katibi Cahangir Fərəcullayev Əvəzedicilər Liqasının 2026/2027-ci illər mövsümü üçün statusu barədə geniş məlumat verib. Məsələ ətrafında İcraiyyə Komitəsi üzvləri tərəfindən təkliflər səsləndirilib, yekun qərarın verilməsi üçün Klublar Komitəsinin rəyinin alınmasının məqsədəuyğun olduğu bildirilib.

Daha sonra AFFA-nın baş katibinin müavini Elçin Məmmədov Misli Premyer Liqası klublarının akademiyalarında aparılmış yerində təhlillər üzrə hesabatı təqdim edib.

İclasda Hakimlər Komitəsinin tərkibinin formalaşdırılması məsələsinə də baxılıb. Qərara əsasən, Asim Xudiyev, Şahin Cəfərov və Elçin Səmədli yekdilliklə komitənin yeni üzvləri təyin olunublar.

Eyni zamanda Misli Premyer Liqası hakimləri üçün nəzərdə tutulan yeni bonus sistemi baş katib Cahangir Fərəcullayev tərəfindən təqdim olunub. Bu sistemin hakimlərin fəaliyyətinin stimullaşdırılmasına və oyunlarda idarəçiliyin keyfiyyətinin artırılmasına xidmət edəcəyi bildirilib. Təklif olunan sistem İcraiyyə Komitəsinin üzvlərinin səsverməsi ilə təsdiq edilib.

İclasda AFFA-nın növbəti Hesabat Konfransının tarixi də müəyyənləşdirilib. Konfransın 2026-cı il aprelin 3-də keçirilməsi qərara alınıb.

Oyunçuların Statusu və Transferi Komitəsinin sədri Tural Eyvazovun öz xahişi ilə vəzifəsindən ayrılması ilə bağlı ərizəsi qəbul edilib. Qərara əsasən, bu komitəyə Sərxan İbadov yeni sədr seçilib.

Sonda 2027-ci ildə Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 Dünya çempionatı ilə əlaqədar ev sahibliyi müqaviləsi təsdiqlənib.

Tarix
2026.02.19 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Sülh Şurasının ilk iclasında iştirak etdi - Foto

Azərbaycan 7 milyard verən ölkələrdən biridir? - Hacıyev

ABŞ Sülh Şurasına 10 milyard dollar ayıracaq

Sülh Şurasının qətnaməsi qəbul edildi

Tramp Sülh Şurasında iştirak edən liderlərlə görüşdü - Video

Cənubi Qafqazda “sıxışdırılan” Rusiya niyə gileylənir?

Tramp açıqladı: Azərbaycan Sülh Şurasının büdcəsinə...

Siz əla liderlik nümayiş etdirdiniz - Vens

Əliyev və Paşinyan sülh yazısı fonunda əl sıxışır - Foto

İlham Əliyev, indi bu adı deməyi sevirəm - Tramp

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla