Yuxarı

Müttəhim: Məni həbs etməsəniz, özümü öldürəcəm

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müttəhim: Məni həbs etməsəniz, özümü öldürəcəm

Bakıda qızına şillə vuran ata həbs olunub.

Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Əvvəllər məhkum olunmuş 41 yaşlı S.Cəfərov gecə saat 1 radələrində telefonla oynayan qızına irad bildirərək gedib yatmasını tapşırıb. Lakin qızı atasının sözlərini eşitməyib və telefon oynamaqda davam edib. Bundan əsəbiləşən Cəfərov qızışa şillə vurub.

Bu əməlinə görə S.Cəfərov saxlanılıb və barəsində cinayət işi başlanıb. Cəfərov ifadəsi zamanı əməlindən peşman olduğunu deyib. Amma daha qəribə tərəfi isə onun məhkəmədən özü barəsində həbs qərarı verilməsini xahiş etməkdir. Belə ki, təqsirləndirilən şəxs həbs olunmayacağı təqdirdə özünə qəsd edəcəyini bildirib.

Zərərçəkən qız atasının tez-tez içki içdiyini və daim evdə mübahisələr yaratdığını deyib. Onun sözlərinə görə, məhkəmə istintaqı zamanı da atası onu və anasını döyüb ki, şikayəti geri götürsünlər. Zərərçəkən həyatlarının təhlükədə olduğunu bildirib və məhkəmədən bunu nəzərə almağı istəyib.

Məhkəmənin hökmü ilə S.Cəfərov 5 ay müddətinə həbs edilib.

Tarix
2026.02.20 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla