Yuxarı

Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi

Son dövrlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz istifadə olunması halları qeydə alınır.

Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi xəbərdarlıq yayıb.

Qeyd olunub ki, Mərkəzin adından çıxış edən bəzi şəxslər Bakı şəhərinin müxtəlif rayonlarında, eləcə də respublikanın digər bölgələrində fəaliyyət göstərən obyektlərə yaxınlaşaraq, sanitar-epidemioloji vəziyyətin guya qənaətbəxş olmadığı barədə əsassız iddialar irəli sürür, dezinfeksiya, dezinseksiya, deratizasiya və digər xidmətlərin həyata keçirilməsinin zəruri olduğunu bildirir, əks təqdirdə inzibati məsuliyyət tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Nazirliyin xəbərdarlığında bildirilib ki, qüvvədə olan qanunvericiliyinə əsasən, dövlət sanitariya-epidemioloji nəzarəti çərçivəsində yoxlamalar yalnız qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu zaman vəzifəli şəxslər mütləq qaydada öz xidməti vəsiqələrini təqdim etməli, həmçinin sahibkarlıq subyektlərinə münasibətdə yoxlamanın aparılması barədə qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması haqqında çıxarışı təqdim etməlidirlər.

"Rəsmi yoxlamalar yalnız Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətli əməkdaşları tərəfindən və müvafiq hüquqi əsaslar mövcud olduqda aparılır. Mərkəzin adından istifadə etməklə hər hansı kommersiya xidmətlərinin təklif edilməsi və ya hədə-qorxu yolu ilə ödəniş tələb olunması qanunsuzdur.

Vətəndaşlardan və sahibkarlıq subyektlərindən belə hallarla qarşılaşdıqda dərhal aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 9103 qaynar xətti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421-13-93 nömrəsi və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti vasitəsilə məlumat vermələri xahiş olunur", - məlumatda vurğulanır.

Səhiyyə Nazirliyi bir daha vətəndaşları diqqətli olmağa, bu kimi hallara qarşı həssas yanaşmağa və yalnız rəsmi dövlət qurumlarının təqdim etdiyi məlumatlara etibar etməyə çağırıb.

Tarix
2026.02.24 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ermənistan rəsmiləri Cenevrədə görüşdülər

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

Prezident estoniyalı həmkarını təbrik etdi

Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu

Milli Məclisin növbəti plenar iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla