Yuxarı

ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir

AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) sədr müavini Arif Ağayev Dünya Bankının təşkilatçılığı ilə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş Regional Dəmir Yolu Seminarında iştirak edib.

Axar.az xəbər verir ki, seminar çərçivəsində baş tutmuş “Ölkələrin baxışı: Mövcud geosiyasi şəraitdə dəmir yolları üçün perspektivlər və çağırışlar” adlı sessiyada çıxış edən Arif Ağayev Azərbaycanın regional bağlantılardakı mövqeyi, Orta Dəhlizin artan potensialı, icrası davam edən iri yerli layihələr və mövcud geosiyasi mənzərə fonunda ADY-nin strateji baxışı barədə məlumat verib.

ADY sədrinin müavini Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək Avrasiyanın mühüm tranzit qovşağı kimi rolunun gücləndiyini bildirib, dayanıqlı Orta Dəhliz üçün daha güclü regional əlaqələndirmənin vacib olduğunu, müasir geosiyasi şəraitdə bağlantıların koordinasiyalı, dayanıqlı və rəqəmsal təşkili məqsədilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində əməkdaşlığın genişləndiyini, Qazaxıstan və Çinlə elektron sənəd mübadiləsi və məlumat inteqrasiyasının sürətləndiyini deyib.

Qeyd olunub ki, ADY son illərdə Orta Dəhlizin Azərbaycandan keçən hissəsində tranzit ötürücülüyünün yüksəldilməsi üçün əsaslı işlər görüb, xüsusilə rəqəmsal həllərin tətbiqi sayəsində tranzit müddətləri azalıb. Nəticədə Şərq-Qərb istiqamətində 2025-ci ildə 392 blok-qatarın qəbulu ilə 2024-cü ilin müvafiq göstəricisi 37% üstələnib. Eyni zamanda, 2025-ci ildə Bakı Limanında konteyner dövriyyəsi rekord vuraraq 100 min TEU-nu keçib.

Bununla yanaşı, dəhlizlər üzrə ötürücülük qabiliyyətinin artırılması, Bakı Limanının illik yükaşırma həcminin 260 min TEU-ya qədər genişləndirilməsi və sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.

Tarix
2026.02.24 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

Prezident estoniyalı həmkarını təbrik etdi

Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu

Milli Məclisin növbəti plenar iclası başladı

Azərbaycan XİN Estoniyanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla