Yuxarı

Qırmızı Ürəklər Fondundan Ramazanda həmrəylik çağırışı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qırmızı Ürəklər Fondundan Ramazanda həmrəylik çağırışı

Qırmızı Ürəklər Fondu müqəddəs Ramazan ayı münasibətilə “Ramazan payı” ianə aksiyasına start verir.

Aksiya çərçivəsində toplanan ianələr hesabına ölkə üzrə aztəminatlı ailələrə könüllülər tərəfindən müxtəlif ərzaq məhsullarından ibarət yardım bağlamaları hazırlanacaq. Təşəbbüsün əsas məqsədi sosial həssas qruplardan olan şəxslərə dəstək olmaq, Ramazan ayının paylaşma və həmrəylik dəyərlərini təşviq etməkdir.

Aksiya 24 fevral – 20 mart 2026-cı il tarixlərini əhatə edir. Fond bütün vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir. “Ramazan payı” aksiyasına ianə etmək üçün Birbank mobil tətbiqi vasitəsilə və ya vizualda təqdim olunan QR kodu skan edərək dəstək olmaq mümkündür.

Qeyd edək ki, Qırmızı Ürəklər Fondu fəaliyyət göstərdiyi 5 il müddətində bayram günlərində mütəmadi olaraq aztəminatlı ailələrə yönəlik müxtəlif sosial dəstək aksiyaları həyata keçirir.

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün redhearts.az saytına daxil ola bilərsiniz.

Tarix
2026.02.24 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla