Yuxarı

“Araz”dan internat məzunlarının məşğulluğuna dəstək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Araz”dan internat məzunlarının məşğulluğuna dəstək

“Veysəloğlu Şirkətlər Qrupu”na daxil olan “Araz” supermarketlər şəbəkəsi korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində əhəmiyyətli sosial layihələr həyata keçirməyə davam edir.

Axar.az xəbər verir ki, bu istiqamətdə “Araz” supermarketlər şəbəkəsi ilə Azərbaycan Milli Kulinariya Assosiasiyası və İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumun əsas məqsədi aztəminatlı şəxsləri dəstəkləmək, əhalinin məşğulluq imkanlarının artırılmasına töhfə vermək və əmək bazarına peşəkar kadrlar hazırlamaqdır.

Əməkdaşlıq çərçivəsində peşə təlimi keçmiş aztəminatlı şəxslər, eyni zamanda, internat məzunları üçün təcrübə proqramlarının təşkil olunması, onların əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi və daimi işlə təmin olunması nəzərdə tutulur.

Layihə çərçivəsində əldə olunacaq praktiki nəticələrin sosial həssas qrupların peşə bacarıqlarının artırılmasına, onların əmək bazarında dayanıqlı mövqe qazanmasına real töhfə verəcəyi gözlənilir. “Araz” bundan sonra da korporativ sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyət üçün uzunmüddətli və dəyər yaradan təşəbbüsləri davam etdirməyi hədəfləyir.

Tarix
2026.02.24 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla