Yuxarı

Xətaidə Xocalı soyqırımı ilə bağlı hazırlıq işləri yekunlaşdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətaidə Xocalı soyqırımı ilə bağlı hazırlıq işləri yekunlaşdı - Foto

Xətai rayonunda Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb.

Axar.az xəbər verir ki, Azərbaycan xalqının qan yaddaşı olan Ana harayı abidə kompleksi Xocalı soyqırımına həsr olunmuş müqəddəs ziyarət məkanlarından biridir. Hər il soyqırımın ildönümündə yüz minlərlə insan abidəni ziyarət edərək faciə qurbanlarının xatirəsini ehtiramla yad edir. Bu il də artıq bir neçə gün öncədən ziyarətçilər tərəfindən abidənin ziyarət olunmasına başlanılıb.

Soyqırımın 34-cü ildönümü ilə əlaqədar abidənin yerləşdiyi, uzunluğu 1050 metr olan parkda genişmiqyaslı abadlıq və yenidənqurma işləri yekunlaşdırılıb. Görülən işlər çərçivəsində Xocalı prospekti boyunca abadlıq və təmizlik işləri aparılıb, yeni ağac və gül kolları əkilib. Park ərazisində 8 000 kvadratmetrdən artıq sahədə qazon örtüyü yenilənib, bütün park boyu xüsusi dizaynla 30 000-dən çox dekorativ güllər əkilib. Yararsız hala düşmüş hissələr aqlay daşlarla üzlənib, işıqlandırma sistemləri yoxlanılaraq mövcud çatışmazlıqlar aradan qaldırılıb. Günlüklər, skamyalar və parkı əhatə edən məhəccərlər təmir olunaraq rənglənib.

Bundan əlavə, Yusif Səfərov küçəsi istiqamətində də abadlıq işləri aparılıb, gül kolları əkilib və rəngarəng çiçəklərlə bəzədilmiş dekorativ dibçəklər yerləşdirilib. Xocalı prospekti boyunca binaların fasadlarına və işıq dirəklərinə Xocalı Soyqırımı haqqında məlumatlar, “Xocalıya ədalət!” plakat və banerləri vurulub.

Qeyd edək ki, Xocalı soyqırımını təcəssüm etdirən “Ana fəryadı” abidə kompleksi 1993-cü ildə ucaldılıb. Sonrakı illərdə həm abidə kompleksində, həm də park-xiyabanda əsaslı yenidənqurma işləri aparılıb. Bu çərçivədə abidənin postamenti hündürləşdirilib, “Ana fəryadı” heykəlinin mövzusu saxlanılmaqla forması yenilənib. Faciə zamanı qətlə yetirilmiş 613 şəhidin adı qranit lövhələr üzərinə həkk olunub. Park-xiyaban və abidə kompleksi xüsusi işıqlandırma sistemi ilə təchiz edilib, ərazidə günlüklər və oturacaqlar quraşdırılıb.

İnsanların həm abidəni ziyarət etməsi, həm də parkda istirahət etməsi nəzərə alınaraq, parkın səliqə-sahmanı ilboyu diqqətdə saxlanılır və mütəmadi olaraq nəzarətdə olur.

Tarix
2026.02.24 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

Prezident estoniyalı həmkarını təbrik etdi

Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu

Milli Məclisin növbəti plenar iclası başladı

Azərbaycan XİN Estoniyanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla