Yuxarı

Dövlət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət etdi

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

Axar.az xəbər verir ki, dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Tarix
2026.02.26 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Putin general-polkovniki Bakıya göndərdi: Əliboş qayıdacaq!

Prezident Xocalı Soyqırımı Memorialının açılışında...

İran Azərbaycan sərhədində hava məkanını bağladı

Azərbaycanla atəşkəsdə Putinin rolu... - Paşinyan

Paşinyan Polşada Azərbaycan və Türkiyədən danışdı

Türkiyə XİN Azərbaycana başsağlığı verdi

Meksikada baş vermiş son hadisələr... - Bayramov

Xocalı faciəsi ötən əsrin soyqırım cinayətidir

Təyyarənin vurulması Rusiya MN-in səhvidir

İlham Əliyev mayda İrəvana gedir? - Bayramov açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla