Yuxarı

Putin general-polkovniki Bakıya göndərdi: Əliboş qayıdacaq!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin general-polkovniki Bakıya göndərdi: Əliboş qayıdacaq!

Fevralın 25-də Azərbaycana savaş içində olan iki ölkədən – Rusiya və Ukraynadan fərqli heyətlər gəlib. Rusiya Müdafiə Nazirliyinin Silahlanma İdarəsinin rəisi, Hərbi-Kosmik Qüvvələrin silahlanma üzrə baş komandanının müavini, general-polkovnik Yuri Qrexovun rəhbərlik etdiyi heyət Bakıda Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Namiq İslamzadə ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, silahlanma sahəsində təcrübə mübadiləsi və koordinasiya məsələlərinə toxunulub. Məlumata görə, tərəflər regional təhlükəsizlik mühiti fonunda hava qüvvələrinin inkişafı, modernləşmə prosesləri və kadr hazırlığı istiqamətində fikir mübadiləsi aparıblar. Rusiya nümayəndə heyəti həmçinin Milli Müdafiə Universitetində təşkil olunan seminarda iştirak edib. Tədbirdə müasir silah sistemləri, operativ planlaşdırma və hərbi təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Axar.az xəbər verir ki. bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Fikrimcə, mülki təyyarəmizin vurulması və soydaşlarımıza qarşı zorakılıq halları araşdırılmadığına görə Azərbaycanın Rusiya ilə hərbi sahədə əməkdaşlıq imkanları tükənib. Bakıya gələn general-polkovnik Yuri Qrexov Ukrayna müharibəsinə görə Qərbin sanksiya siyahısındadır. Kreml Yuri Qrexova MDB ölkələrinin vahid hava hücumundan müdafiə sisteminin yaradılmasını tapşırıb. Rusiyanın 4 ildir havadan zərbələr endirdiyi Ukrayna da vaxtilə MDB üzvü idi. Rusiyanın Ermənistana ötürdüyü “İsgəndər” raketləri ilə şəhərləri vurulan Azərbaycan da MDB üzvüdür. MDB məkanında Kremlin formalaşdırmaq istədiyi hava müdafiə sistemini birinci Rusiya pozduğundan, Yuri Qrexov Bakıdan əliboş geri qayıdacaq”, - o bildirib.

Politoloq xatırladıb ki, Rusiya heyəti ilə eyni gündə ukraynalı uşaqlardan ibarət daha bir qrup Bakıya gəlib:

“26 ukraynalı uşaq Azərbaycanda peşəkar tibbi-psixoloji dəstək və reabilitasiya proqramından keçəcək. 2022-ci ildən bu günədək ümumilikdə 498 ukraynalı uşaq Azərbaycanda istirahət və bərpa imkanından yararlanıb. Önəmli olan budur”.

Tarix
2026.02.26 / 12:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla