Yuxarı

Moped sürücülərinin nəzərinə: Martın 26-dan...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moped sürücülərinin nəzərinə: Martın 26-dan...

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi moped sürücülərinə müraciət edib.

Axar.az idarəyə istinadən xəbər verir ki, müraciətdə moped sürücüləri tərəfindən törədilən yol-nəqliyyat hadisələrinin və yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması, onların digər hərəkət iştirakçıları kimi üzərlərinə düşən məsuliyyəti nəzərə almaları və qanunvericiliyin tələblərinə riayət etmələrinin təmin olunması məqsədilə normativ-hüquqi bazada müvafiq dəyişikliklər edildiyi bildirilib.

Qeyd olunub ki, dəyişikliyə əsasən, 2026-cı ilin mart ayının 26-dan etibarən moped idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq:

"Müəyyən edilmiş tarixə az müddət qaldığını nəzərə alaraq, moped idarə etmək istəyən şəxslərə qeydiyyatda olduqları bölgələr üzrə qeydiyyat-imtahan məntəqələrinə əvvəlcədən müraciət etmələri tövsiyə olunur.

Bildiririk ki, bütün prosedurlar vahid qaydada tətbiq olunur və vətəndaşların rahat, səmərəli və bərabər əsaslarla xidmət alması təmin edilir.

Moped idarə etmək istəyən şəxslərdən müəyyən olunmuş müddəti nəzərə almaları, qeyd edilən tarixdən etibarən inzibati məsuliyyətə cəlb olunmamaları üçün qanunvericiliyin tələblərinə uyğun olaraq üzərlərinə düşən vəzifələri vaxtında yerinə yetirmələri xahiş olunur".

Tarix
2026.03.02 / 13:39
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya onu Azərbaycana səfir göndərir

Bayramov Fidanla danışdı: İrandan eskalasiya...

İranı nə gözləyir: Rejim dəyişikliyi, yoxsa “yumşalma”?

İran müharibəsi: Bayramov Kallasla danışdı

İran xarici tələbələrin ölkədən çıxmasına icazə verdi

Azərbaycan vasitəsilə İrandan təxliyə olunanların sayı...

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı

Bayramov Koşerbayevlə İranı müzakirə etdi

Uçuşlar ləğv edildi, azərbaycanlılar köməksiz qaldı - Video

İran səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla