Yuxarı

WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı

Bu gün WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Axar.az xəbər verir ki, sənədi “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov imzalayıblar.

Memorandumun imzalanmasında əsas məqsəd tədbirin təşkili və keçirilməsi zamanı yaranacaq bərk məişət tullantılarının düzgün idarə olunmasını təmin etməkdir. Bu çərçivədə tərəflər Azərbaycan Respublikasının ətraf mühitin qorunması üzrə dövlət siyasətinə uyğun olaraq davamlı və səmərəli yanaşmaların tətbiqini prioritet kimi müəyyən ediblər.

Əməkdaşlığa əsasən, WUF13 tədbiri çərçivəsində Bakı Olimpiya Stadionu və digər tədbir məkanlarında əmələ gələn bərk məişət tullantıları “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təhvil veriləcək. Müasir usullarla zərərsizləşdiriləcək tullantıların təkrar emala yararlı hissəsi emal müəssisələrinə yönləndiriləcək. Əməkdaşlıq çərçivəsində həmçinin bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı ictimai maarifləndirmə təşəbbüsləri, eləcə də birgə pilot layihələr həyata keçiriləcək.

Sözügedən memorandum tədbirin karbon emissiyası izinin azaldılmasına, poliqonlara yönləndirilən tullantı həcminin minimuma endirilməsinə və təkrar emal göstəricilərinin artırılmasına töhfə verməklə yanaşı, Azərbaycanın resurs səmərəliliyinin artırılması, dairəvi iqtisadiyyat modelinin təşviqi və dayanıqlı tədbir idarəetmə təcrübəsinin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

Tarix
2026.03.05 / 18:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla