Yuxarı

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə sadələşdirilməsinə və xidmətlərin çevikliyinin artırılmasına yönəlib.

Axar.az xəbər verir ki, bu dəyişikliklərlə sığortaolunanların sığortaçıda uçotu bundan sonra yalnız sığortaolunanın şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsi (FİN) əsasında aparılacaq və bunun üçün artıq sosial sığorta nömrəsinə (SSN) ehtiyac qalmayacaq.

Əgər bu vaxta qədər sığortaolunanlar (işçilər) barədə sığortaedənlər (işəgötürənlər) tərəfindən rüblük hesabatlar təqdim edilərkən həm SSN, həm də FİN-in ayrıca göstərilməsi tələb olunurdusa, artıq SSN göstərilməsi tələb olunmayacaq.

Beləliklə, yeni dəyişikliklərlə sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılmaqla, müvafiq sahədə məlumat mübadiləsi daha sürətli və dəqiq həyata keçiriləcək. İşə qəbul edilən şəxslərdən əlavə olaraq sosial sığorta nömrəsi tələb edilməyəcək, sosial sığorta sistemində inzibati prosedurlar optimallaşdırılacaq.

Həmçinin, sosial sığorta sistemi ilə bağlı elektron xidmətlərin səmərəliliyi daha da artacaq, bu sahədə proseslərin daha sadə, şəffaf və operativ həyata keçirilməsi təmin ediləcək.

Tarix
2026.03.10 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla