Yuxarı

Babayeva Londonda fəxri mükafata layiq görüldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Babayeva Londonda fəxri mükafata layiq görüldü - Foto

Azərbaycanlı gənc lider Almaz Babayeva Londonda keçirilən “İstədiyimiz Gələcək” (Future We Want) Model Birləşmiş Millətlər Təşkilatı (MUN) konfransında iştirak edib və göstərdiyi yüksək fəallığa görə Fəxri Ad (Honorable Mention) sertifikatı ilə təltif olunub.

Axar.az xəbər verir ki, 5-8 mart 2026-cı il tarixlərində keçirilən tədbir gəncləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) və qlobal problemlərin həllinə cəlb etməyi hədəfləyir.

Konfransda Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura və UNHCR/UNEA komitələri fəaliyyət göstərib.

Almaz Babayeva konfrans zamanı diplomatik müzakirələrdə aktiv iştirak edib, layihələrdə uğurlu çıxışlar göstərib və beynəlxalq səviyyədə tanınan bu mükafatı qazanıb. Sertifikat onun gənclərin SDG-lərə cəlb olunması və qlobal əməkdaşlıq sahəsindəki xidmətlərinə görə verilib.

Bu mükafat, həmçinin onun konfrans zamanı nümayiş etdirdiyi yüksək hazırlıq, natiqlik qabiliyyəti və danışıqlar aparmaq bacarığının göstəricisidir.

Belə BMT Model konfranslarında iştirakçılar müxtəlif ölkələri təmsil edir, diplomatik debatlar aparır, qlobal problemləri müzakirə edir və qərar layihələri hazırlayırlar.

Bu uğur Almaz Babayevanın beynəlxalq diplomatiya və liderlik sahəsindəki potensialını təsdiqləyir.

Tarix
2026.03.10 / 17:39
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla