Yuxarı

Aynur Camalqızı təhqirlərə görə onu məhkəməyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aynur Camalqızı təhqirlərə görə onu məhkəməyə verdi

Teleqraf Media Qrupunun rəhbəri, sabiq millət vəkili, əməkdar jurnalist Aynur Camalqızı (Quliyeva) böhtan və təhqirlərə görə Əli Vəliyev adlı şəxsi məhkəməyə verib.

Axar.az xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə hazırlıq iclası keçirilib və anket məlumatları dəqiqləşdirilib.

Aynur Camalqızı Əli Vəliyevin bir neçə dəfə ardıcıl olaraq sosial şəbəkədə ictimai şəkildə ona böhtan ataraq, şərəf və ləyaqətini alçaltması səbəbindən xüsusi ittiham qaldırıb və cavabdehin CM-in 147.1 və 148-ci maddələrlə nəzərdə tutulan cinayət əməlini törətdiyini bildirib.

Ərizədə vurğulanıb ki, 27.01.2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Aparat rəhbəri Ülvi Hüseynlinin vəzifədən azad olunması ilə bağlı jurnalist Heydər Oğuz öz sosial şəbəkə hesabında məlumat paylaşıb. “Telеqraf” agentliyinin əməkdaşı isə buna əsaslanaraq məlumatı tirajlayıb. Bundan sonra Vəliyev Əli Cahangir oğlu nəyə görəsə bu xəbərin məhz "onun istehsalı" olduğunu iddia edərək, 27.01.2026-cı il tarixdə özünün 5,4 min şəxs tərəfindən izlənilən Feysbuk səhifəsində A.Camalqızının ünvanına böhtanlar yağdırıb, onu "xəbər oğrusu" adlandırıb, ardınca isə əxlaqdankənar ifadələrlə təhqir edib. O, bu təhqirlərlə kifayətlənməyib, şərhlərdə də böhtan və ağır ifadələrini davam etdirib.

İddiaçı daha sonra 09.02.2026-cı il tarixdə mediada Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı Fəzail Ağamalının vəfat etməsi barədə xəbəri “Telеqraf” agentliyinin mərhumun öz övladına istinadla yaymasına baxmayaraq, Əli Vəliyevin bu xəbəri də özününkü sayaraq, sosial şəbəkə hesabında yenə də əxlaqdankənar ifadələr və ağır təhqirlər yazdığını ərizəsində göstərib.

Bu halın vaxtaşırı olaraq təkrarlanmasına görə şikayətçi cavabdehin məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edib.

Qeyd edək ki, hazırlıq iclasında Əli Vəliyev o paylaşımlar və təhqirləri Aynur Camalqızıya ünvanlamadığı və onu nəzərdə tutmadığını iddia edib. Lakin faktlar və skrinlər elan olunandan sonra susmağa üstünlük verib.

İddia xüsusi ittiham qaydasında olduğu üçün hakim iddiaçının şəxsən iştirakının zəruriliyini bildirib.

Hazırlıq iclası 18 martda davam etdiriləcək.

Tarix
2026.03.10 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla