Yuxarı

Məşğulluq xidmətlərində süni intellektin tətbiqi planlaşdırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşğulluq xidmətlərində süni intellektin tətbiqi planlaşdırılır

Əmək bazarında innovativ yanaşmaların genişləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluq xidmətlərində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

Axar.az xəbər verir ki bu çərçivədə gələcəkdə məşğulluq bazarına uyğun tövsiyə sisteminin yaradılması nəzərdə tutulur. Planlaşdırılan sistem vətəndaşın təhsil səviyyəsini, iş təcrübəsini, bacarıqlarını və maraqlarını nəzərə alaraq ona uyğun vakansiya təkliflərini avtomatik şəkildə təqdim edəcək.

Sistemin işləmə mexanizminə əsasən istifadəçinin şəxsi anket məlumatları, bacarıq siyahısı və əvvəlki iş təcrübəsi sistemə daxil ediləcək. Süni intellekt modeli həmin məlumatları mövcud vakansiya bazası ilə müqayisə edərək uyğunluq göstəricisini hesablayacaq.

Aparılan təhlillər nəticəsində vətəndaşlara ən uyğun və yaxın vakansiyalar tövsiyə ediləcək, məsələn, “Sizə uyğun ola biləcək 5 vakansiya” kimi seçimlər təqdim olunacaq.

Gözlənilir ki, bu tətbiq gələcəkdə iş axtaran vətəndaşların əmək bazarında daha düzgün istiqamətləndirilməsinə, vakansiyalara çıxış imkanlarının genişlənməsinə və məşğulluq xidmətlərinin səmərəliliyinin artırılmasına xidmət edəcək.

Eyni zamanda sistem işəgötürənlər üçün uyğun namizədlərin daha operativ müəyyənləşdirilməsinə dəstək verəcək və işaxtaranları onların bilik və bacarıqlarına uyğun vakansiyalara yönləndirəcək.

Tarix
2026.03.12 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla