Yuxarı

İranın hücumu: Hamı əmin oldu ki, İlham Əliyev... - Baş nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın hücumu: Hamı əmin oldu ki, İlham Əliyev... - Baş nazir

Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, Prezident İlham Əliyev güclü liderdir.

Axar.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın təqdimatında bildirib.

Baş nazir qeyd edib ki, bu gün regionda cərəyan edən mürəkkəb geosiyasi proseslər, artan gərginlik və risklər fonunda cənab Prezidentin ardıcıl və praqmatik xarici siyasət kursu, uzaqgörən strateji baxışı və milli maraqlara əsaslanan prinsipial mövqeyi nəticəsində Azərbaycan Respublikasının suverenliyi və sərhədlərinin toxunulmazlığı etibarlı şəkildə təmin olunmaqdadır:

“Məlum olduğu kimi, ötən həftə İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində pilotsuz uçuş aparatlarının istifadəsi ilə bağlı hadisə baş verib. Baş verən bu xoşagəlməz hadisə fonunda Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, Prezident İlham Əliyev xalqının təhlükəsizliyini qoruyan və hər zaman öz xalqının arxasında duran güclü liderdir. Onu da əlavə edim ki, son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir, eyni zamanda cənab Prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir”.

Tarix
2026.03.13 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla