Yuxarı

Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi

Sumqayıt şəhərində sakinlərlə birbaşa ünsiyyətin genişləndirilməsi məqsədilə növbəti səyyar qəbul təşkil olunub.

Axar.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakı ilə keçirilən görüşdə şəhər rəhbərliyi ilə yanaşı, müvafiq idarə və təşkilatların nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və sakinlər iştirak ediblər.

Səyyar qəbul zamanı vətəndaşlar fərdi qaydada dinlənilib, onların müraciət və təklifləri diqqətlə araşdırılıb. Görüşdə əsasən sosial məsələlər, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, eləcə də şəhər təsərrüfatı ilə bağlı müxtəlif məsələlər səsləndirilib. Bəzi müraciətlər yerində araşdırılaraq müsbət həllini tapıb.

Əlavə araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb və aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Şəhər rəhbəri vətəndaşların qaldırdıqları problemlərin qanunvericiliyə uyğun şəkildə və operativ qaydada həll edilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərlə birbaşa təmasın gücləndirilməsi, onların müraciətlərinə həssas yanaşmanın təmin olunması və mövcud problemlərin yerində öyrənilməsi məqsədilə səyyar qəbullar davamlı olaraq təşkil edilir. Bu görüşlər vətəndaş məmnunluğunun artırılması və şəhərdə sosial məsələlərin daha çevik həllinə xidmət edir.

Tarix
2026.03.13 / 15:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla