Yuxarı

Deputat bahalaşmadan gileyləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat bahalaşmadan gileyləndi

Cənab Prezidentin yeni iş yerlərinin yaradılmasına böyük önəm verdiyi, bu sahədə mühüm tədbirlər gördüyü bir vaxtda bəzi vəzifə sahiblərinin bunun əvəzinə, iş yerlərini məhdudlaşdırmaq, yaşına, təcrübəsinə, ailə vəziyyətinə baxmadan insanları işsiz qoymaq, ixtisarlar etmək təşəbbüsləri narahatlıq doğurur. Hər birimiz bu məsələlərin fərqində olmalıyıq".

Axar.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

O bildirib ki, bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə ətin, südün, yumurtanın bahalaşması əlavə tədbirlərin görülməsini zərurətə çevirir:

"Bu istiqamətdə hər bir nazirliyin, komitənin, agentliyin yardımçı təsərrüfatının yaradılması faydalı ola bilər. Hər bir müəssisə, təşkilat 50-100 hektar torpaq sahəsi götürüb orada kənd təsərrüfatı məhsulları yetişdirilməsinə imkan yaradarsa, bu, həm bazarda qiymətlərin aşağı düşməsinə, həm xeyli insanın işlə təmin edilməsinə, həm də həmin təşkilatlarda çalışan işçilərin ucuz kənd təsərrüfatı məhsulları - ət, süd, yumurta, tərəvəzlə təmin olunmasına kömək etmiş olar".

Tarix
2026.03.13 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla