Yuxarı

Taxıl qalmaqalı: Fuad Nəcəflinin həbsinə hazırlıq gedir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taxıl qalmaqalı: Fuad Nəcəflinin həbsinə hazırlıq gedir

Naxçıvan Taxıl Məhsulları MMC-nin icraçı direktoru Şakir Tarverdiyev həbs olunub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Şakir Tarverdiyev 10 min tondan artıq taxılı 6 milyon 500 yüz min manata sataraq, pulu mənimsəyib. Bu işi o, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin göstərişi ilə edib.

Nəticədə Naxçıvanın taxıl ehtiyatları tükənib.

Şakir Tarverdiyevə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Mötəbər mənbənin məlumatına görə, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov və səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədlidən məsələ ilə bağlı izahat alınıb.

Taxıl satılarkən Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikasının baş nazirinin müavini olub və bu sahəyə nəzarət edib.

Ötən il noyabrın 12-də ölkə başçısının sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilən Fuad Nəcəflinin də istintaqa cəlb edildiyi və həbsinə hazırlıq getdiyi qeyd edilir.

Tarix
2026.03.13 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla