Yuxarı

“Azərsun” IV Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsun” IV Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” uğurla davam edir. Artıq proqrama qoşulan 18 müəssisəyə texnoloji və dayanıqlı inkişaf üzrə yol xəritələri təqdim edilib və onlar icra mərhələsinə başlayıblar.

“Azərsun Holdinq” də qabaqcıl texnologiyaların tətbiqini genişləndirmək və istehsal proseslərini daha səmərəli təşkil etmək məqsədilə üç müəssisəsi ilə proqramda iştirak üçün müraciət edib. Bunlar “Sun Tea” MMC, “AzərSüd” MMC və “Qafqaz Konserv Zavodu” MMC-nin tərkibinə daxil olan Xaçmaz Konserv Fabrikidir.

Əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə “Azərsun Holdinq”in İstehsalat və Tədarük Zəncirinin Baş Direktoru Riza Özkayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramovun rəhbərlik etdiyi heyət arasında görüş keçirilib.

Görüş zamanı 4SİM tərəfindən həyata keçirilən “Sənaye 4.0 Hazırlıq Proqramı” haqqında geniş müzakirələr aparılıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi ilə reallaşdırılan proqramın məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyasını təmin etmək, əməliyyat səmərəliliyini artırmaq, innovasiyaları təşviq etmək və bununla da onların rəqabət qabiliyyətini gücləndirməkdir. Proqram eyni zamanda ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməyi hədəfləyir.

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən Proqramın məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyası, əməliyyat səmərəliliyinin artırılması, innovasiyaların təşviqinə dəstək göstərməklə onların rəqabət qabiliyyətini artırmaq, bununla da ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməkdir.

Proqram çərçivəsində müəssisələrin beynəlxalq metodologiya əsasında texnoloji imkanları qiymətləndirilir, transformasiya üzrə yol xəritələri hazırlanır. Bu yanaşma, hər bir müəssisənin xüsusi ehtiyaclarını nəzərə alaraq, onların səmərəliliyini artırmağa və texnoloji inkişafını dəstəkləməyə imkan verir.

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın əsas təşəbbüslərindən biridir. Proqram çərçivəsində 65 müəssisənin texnoloji transformasiyasına birbaşa dəstək göstərilməsi hədəflənir.

Tarix
2026.03.13 / 18:06
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma

“Son zəng” qadağaları: Uşaqlardan bu fərəhi niyə alırsınız?

Andrey Babiş Azərbaycana gəldi

Neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla