Yuxarı

Narkotikin təsiri altında avtomobil qaçıran şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkotikin təsiri altında avtomobil qaçıran şəxs tutuldu

Paytaxtın Binəqədi rayonunda zərərçəkən polisə müraciət edərək "Şevrolet" markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

Axar.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı İ.Papaxov saxlanılıb.

Araşdırmalarla məlum olub ki, həmin şəxs taksi fəaliyyəti ilə məşğul olan zərərçəkənin müştəriyə kömək etmək məqsədilə bir neçə dəqiqəlik avtomobildən uzaqlaşmasını fürsət bilərək cinayət əməlini həyata keçirib.

Hadisəni törətdikdən sonra İ.Papaxov paytaxtdan Balakən rayonuna doğru hərəkət edərkən polis əməkdaşları onu stasionar postların birində saxlayıblar. Onun davranış və hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçmək üçün müvafiq qaydada tibbi müəssisəyə aparılıb. Müayinə nəticəsində İ.Papaxovun narkotik vasitə qəbul etdiyi məlum olub. Nəqliyyat vasitəsi isə sahibinə geri qaytarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2026.03.14 / 12:11
Müəllif
Axar.az
Digər xəbərlər

Andrey Babiş Azərbaycana gəldi

Neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla