Yuxarı

Tiflisdə azərbaycanlı turist qadın öldürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə azərbaycanlı turist qadın öldürüldü

Gürcüstanın paytaxtı Tiflisdə 37 yaşlı azərbaycanlı turist İradə Quliyeva qətlə yetirilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, iki gün əvvəl Tiflisin Mqaloblişvili küçəsində baş vermiş hadisə ilə bağlı aparılan araşdırmalarda yeni faktlar ortaya çıxıb.

İttiham tərəfinin versiyasına görə, hadisəni törətməkdə təqsirləndirilən İveri Eliava qurbanı ilə əvvəlcədən tanış olmayıb, onlar sosial şəbəkələr vasitəsilə tanış olduqdan sonra kişi görüş təyin edib.

Prokurorun bildirdiyinə görə, təqsirləndirilən şəxs qumar asılılığından əziyyət çəkib və bu səbəbdən ciddi maliyyə çətinlikləri, o cümlədən iri məbləğdə bank borcları olub. O, maddi vəsait əldə etmək məqsədilə İ.Quliyevanı öldürmək qərarına gəlib.

İstintaq materiallarına əsasən, İ.Eliava qadına boyun və boğaz nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri yetirib və zərərçəkmiş hadisə yerində dünyasını dəyişib. O, cinayəti törətdikdən sonra yaxınlıqdakı polis bölməsinə gedərək təslim olub. Təqsirləndirilən şəxs cinayət aləti olan bıçağı, eləcə də qurbanın mobil telefonlarını və pasportunu polisə təqdim edib. Məhz həmin sənəd əsasında qətlə yetirilən şəxsin Azərbaycan vətəndaşı olduğu müəyyənləşib.

İlkin dindirmə zamanı cinayəti etiraf edən və motivi ətraflı izah edən İ.Eliava məhkəmə prosesində mövqeyini dəyişib. O, hazırda susmaq hüququndan istifadə edir və ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Müdafiə tərəfi isə ittihamın versiyası ilə razılaşmır. Vəkil Zaza Buaçidzenin sözlərinə görə, hadisə yerində mübahisə və dava baş verib. Müdafiə tərəfi prokurorluğun cinayəti "tamah məqsədilə adam öldürmə" kimi qiymətləndirməsinə etiraz edir və qətlin əsl səbəbinin aydınlaşdırılması üçün əlavə istintaq hərəkətlərinin keçirilməsini tələb edir.

Qeyd edək ki, turizm məqsədilə Gürcüstan paytaxtına gedən 37 yaşlı İ.Quliyeva orada kirayə mənzildə qalırmış.

Tarix
2026.04.26 / 16:26
Müəllif
Axar.az
Digər xəbərlər

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla