Yuxarı

Sumqayıtda Ramazan ayı münasibətilə iftar süfrəsi... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda Ramazan ayı münasibətilə iftar süfrəsi... - Foto

Sumqayıt şəhərində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhid ailələrinin üzvləri, qazilər, hüquq mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Axar.az xəbər verir ki, iftar süfrəsi öncəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, onların ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından, bu Zəfərin əldə edilməsində şəhidlərimizin və qazilərimizin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıqlardan bəhs ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən sosial proqramlar, mənzil təminatı, sosial müdafiə və digər dəstək tədbirləri şəhid ailələri və qazilər tərəfindən yüksək qiymətləndirilir.

Tədbirdə ölkəmizdə həyata keçirilən uğurlu dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində görülən işlərdən danışılıb. Bildirilib ki, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında qarşılıqlı hörmət və tolerantlıq mühiti mövcuddur və bu model beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir.

Çıxışlarda vurğulanıb ki, insanları xeyirxahlığa, mərhəmətə, paylaşmağa və birlik ruhuna səsləyən müqəddəs Ramazan ayı islam dünyasında xüsusi mənəvi dəyərə malikdir.

Qeyd olunub ki, insanları xeyirxahlığa, həmrəyliyə və qarşılıqlı dəstəyə səsləyən müqəddəs Ramazan ayı dünya müsəlmanları üçün ən dəyərli və müqəddəs aylardan biridir. Ramazan günlərində iftar süfrələrinin təşkil edilməsi isə cəmiyyətimizdə birliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət etməklə yanaşı, ölkəmizdə dövlətlə din arasında mövcud olan sağlam münasibətlərin və ortaq dəyərlər naminə formalaşmış sıx birliyin bariz nümunəsidir.

Tarix
2026.03.14 / 12:36
Müəllif
Axar.az
Digər xəbərlər

Andrey Babiş Azərbaycana gəldi

Neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla