Yuxarı

Xətai İH-in təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətai İH-in təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi - Foto

14 mart 2026-cı il tarixində Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Axar.az xəbər verir ki, aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, şəhid atları, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

Aksiya rayonun Heydər Əliyev parkında və 8 Noyabr prospektində təşkil olunub. Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən tədbir zamanı yeni ağaclar əkilib, onlar suvarılıb və aqrotexniki qulluq göstərilib.

Ağacəkmə aksiyasının əsas məqsədi yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji sabitliyin təmin olunması, şəhərin ekoloji tarazlığının bərpası və ictimaiyyət arasında təbiətə qayğı hissinin təbliğ olunmasıdır.

Tədbir çərçivəsində ərazidə qurumuş və təhlükə yaradan ağaclar götürülüb, ot örtüyü biçilib, quru otlar daşınıb.

Qeyd edək ki, yaz mövsümü ərzində Xətai rayonu ərazisində yaşıllaşdırma tədbirləri, yeni ağacların əkilməsi və mövcud yaşıllıqlara qulluqla bağlı iməcliklərin keçirilməsi davam etdiriləcəkdir.

Tarix
2026.03.14 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar Azərbaycana yalvarırlar! – Vuçiç

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla