Yuxarı

Rektorun qızına qarşı dələduzluq edən azadlığa buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rektorun qızına qarşı dələduzluq edən azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan Mikayıl Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə təyin olunmuş 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, şərti olaraq tətbiq edilib. Onun barəsində iki il sınaq müddəti müəyyən edilib və Mikayıl Əliyev məhkəmə iclas zalından birbaşa azadlığa buraxılıb.

İttihama görə, Mikayıl Mahir oğlu Əliyev üç nəfərə qarşı dələduzluqda ittiham olunur. Onun əməlindən ən çox zərər çəkən Aygün Zöhrab qızı Xəlilova olub. Mikayılla uzun müddət tanış olan qadın onun kiməsə borclu olduğuna və ödəməyəcəyi halda həbs ediləcəyi ilə bağlı dediklərinə inanıb. Aygün Xəlilova sonradan qaytarmaq şərti ilə 57 600 manatlıq qızıl-zinət əşyalarını, o cümlədən 30 min manatlıq "Van Cleef & Arpels" markalı bir cüt sırğanı da lombarda qoyub pul götürməsi üçün ona verib.

Amma təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını geri qaytarmayıb. İş elə gətirib ki, əvvəl Mikayılın həbsə düşməməsi üçün ona borc verən Aygün sonradan onun həbsi üçün çalışıb.

Məlumat üçün bildirək ki, Aygünün anası universitetlərdən birində rektor vəzifəsini icra edib. O, Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində müstəntiqə ifadə verib. Rektor məhkəmə istintaqında dindiriləcək şahidlər siyahısına da daxil edilib.

Tarix
2026.03.16 / 10:08
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar Azərbaycana yalvarırlar! – Vuçiç

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla