Yuxarı

ADY bayramlarda gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY bayramlarda gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn Ramazan və Novruz bayramları ilə əlaqədar qeyri-iş günü elan edilən 20–30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Axar.az-a ADY-dən bildirilib.

Məlumata əsasən, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə bütün hərəkət vasitələrinə müntəzəm texniki baxış keçirilir, infrastrukturda davamlı yoxlamalar aparılır.

Bayram günlərində artan sərnişin tələbatını qarşılamaq və daşımaların fasiləsizliyini təmin etmək üçün bir sıra istiqamətlərə əlavə reyslər təyin edilib.

Sərnişinlərin istirahət günlərində daha çox üz tutduğu turizm bölgələrindən olan Qəbələyə səfərlərin daha komfortlu təşkili üçün 20–30 mart tarixlərində Bakı–Qəbələ–Bakı marşrutu üzrə əlavə reyslərlə xidmət göstəriləcək. Qatarlar saat 07:30-da paytaxtdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Həmçinin 18–30 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər olacaq. Qatarlar saat 08:30-da Bakıdan, 17:20-də Ağstafadan hərəkətə başlayacaq. Bakı–Qazax–Bakı xətti üzrə isə əlavə reyslər 20, 22, 29 və 30 mart tarixlərinə təyin edilib. Qatarlar saat 07:45-də Bakıdan, 16:40-da Qazaxdan yola düşəcək.

Sərnişinlər bayram günlərində Bakıdan Ağstafa və Qazaxa, həmçinin əks istiqamətə gündəlik Bakı–Qazax–Bakı reysləri ilə də səfər edə bilərlər. Qeyd edək ki, Bakı–Ağstafa–Bakı marşrutu üzrə biletlərə 10 faiz endirim tətbiq olunur.

Bundan başqa, sərnişinlərin bayram günlərində Qarabağa rahat səfərlərinin təşkili üçün 23 və 25 martda Bakı–Ağdam–Bakı marşrutu üzrə əlavə qatarlar təyin edilib. Bu istiqamətdə 21 və 28 martda ənənəvi reyslər də həyata keçiriləcək. Qatarlar saat 07:10-da Bakıdan, 18:10-da Ağdamdan hərəkət edəcək.

20 və 21 mart tarixlərində Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə reyslər təşkil ediləcək. Qatarlar saat 07:15-də Gəncədən, 08:40-da Mingəçevirdən yola düşəcək. Gəncə–Qəbələ–Gəncə xətti ilə səfərlər isə ənənəvi qrafik əsasında həyata keçiriləcək.

Digər turizm bölgələri olan Şəki, Qax, Zaqatala və Balakənə ADY ilə səyahətlərə artan tələbatdan asılı olaraq 18, 19, 20, 27 və 29 mart tarixlərində Bakı–Balakən–Bakı marşrutu üzrə qatarlara əlavə vaqonlar qoşulub.

20–30 mart tarixlərində Abşeron dairəvi dəmiryol xətti üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli əsasında təşkil ediləcək.

ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə mərkəzi də bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.

Sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya "ADY Mobile" tətbiqini yükləyə bilərlər.

Tarix
2026.03.16 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

Bayramov səudiyyəli nazirlə regionu müzakirə etdi

İslamın yanlış təqdim edilməsi... - XİN

Türkiyə və Azərbaycan diplomatları Suriyada görüşdülər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla