Yuxarı

“Azərsüd” mükafat qazandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsüd” mükafat qazandı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda Forum keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Baş nazirinin müavini Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov , qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və digər dövlət rəsmiləri çıxışlar edərək 2025-ci ildə əldə olunmuş nəticələr, ölkəmizin dayanıqlı inkişafı istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər.

Forum çərçivəsində Azərbaycanın ən sevilən markalarından olan “Azərsüd” təltif edilib. Adıçəkilən brend “Regionlar üzrə vergi rekordçusu” nominasiya üzrə mükafat qazanıb.

Qeyd edək ki, 2013-cü ildə “Azərsun Holdinq” tərəfindən Kürdəmir Süd Emalı Zavodu adı altında istismara verilən müəssisə regionların iqtisadi inkişafında mühüm rol oynayır. Ölkənin ərzaq təhlükəsizliyi və əhalinin yüksək keyfiyyətli süd məhsulları ilə təminində böyük rol oynamaqla yanaşı, məşğulluğunun təmin edilməsi, sosial-rifah halının yüksəlməsinə töhfələr vermiş zavod daha öncədə müxtəlif mükafat və sertifikatlarla təltif edilib.

Tarix
2026.03.16 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla