Yuxarı

Saxta kurslarla bağlı çağırış: Diqqətli olun!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saxta kurslarla bağlı çağırış: Diqqətli olun!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) adından istifadə edən kurslarla bağlı xəbərdarlıq edib.

Axar.az qurumun açıqlamasını təqdim edir:

"Son günlər bəzi özəl tədris mərkəzlərinin ETX-nin adından istifadə edərək kurslar keçirməsi barədə vətəndaşlardan məlumatlar daxil olmaqdadır. Müraciətlərdən aydın olur ki, tədris mərkəzi nümayəndələri özlərini ETX ilə əlaqəli şəxslər kimi təqdim edərək, qurumun statusundan sui-istifadə hallarına yol verir və vətəndaşlara müxtəlif ödənişli xidmətlər təklif edirlər.

ETX hər hansı özəl təhsil mərkəzi və ya kursla kibertəhlükəsizlik təlimlərinin keçirilməsi istiqamətində əməkdaşlıq etmir. Qeyd olunan fəaliyyətlərin ETX ilə heç bir təşkilati və ya hüquqi əlaqəsi mövcud deyil.

ETX-nin fəaliyyət istiqamətləri barədə məlumatlar qurumun rəsmi internet səhifəsi və sosial media hesabları vasitəsilə paylaşılır.

Vətəndaşlardan xahiş olunur ki, ETX-nin fəaliyyəti ilə bağlı məlumatları rəsmi mənbələrdən əldə etsinlər və bu kimi hallarla qarşılaşdıqda 1654 qaynar xəttinə və ya [email protected] elektron poçt ünvanına məlumat versinlər".

Tarix
2026.03.16 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla