Yuxarı

Bu ali məktəblərdə Novruzla bağlı mükafatlar verilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ali məktəblərdə Novruzla bağlı mükafatlar verilir

Novruz və Ramazan bayramı münasibətilə bəzi universitetlərdə əməkdaşlara bayram mükafatının verilməsi planlaşdırılır.

Axar.az Azedu.az-a istinadən xəbər verir ki, Sumqayıt Dövlət Universiteti (SDU) Novruz və Ramazan bayramları münasibətilə universitetdə çalışan bütün əməkdaşlara 400 manat, ailə üzvü və ya yaxın qohumu şəhid olmuş əməkdaşlara isə 500 manat məbləğində mükafat verib.

Mingəçevir Dövlət Universitetinin (MDU) bütün əməkdaşlarına Novruz və Ramazan bayramları münasibətilə 500 manat, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 450 manat, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əməkdaşın bir aylıq maaşının 40%-i qədər, Bakı Mühəndislik Universitetində (BMU) 300 manat, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 200 manat, Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim heyətinə 315, inzibati heyətə 190 manat mükafat ayrılıb.

Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Turizm və Menecement Universiteti (ATMU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Polis Akademiyası, Azərbaycan Texnologiya Universiteti (ATU), Qarabağ Universiteti (QU) və Azərbaycan İdman Akademiyası (AİA) da əməkdaşlarına bayram mükafatı təqdim edəcək, ancaq məbləğ açıqlanmayıb.

Tarix
2026.03.16 / 22:35
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla