Yuxarı

Bu çörək emalı müəssisəsində ciddi nöqsanlar aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu çörək emalı müəssisəsində ciddi nöqsanlar aşkarlandı

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Naxçıvan şəhəri, Əliabad qəsəbəsində fəaliyyət göstərən İlham Abbasqulu oğlu Hüseynova məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.

Agentlikdən Axar.az-a bildirilib ki, divar və tavan səthlərinin tamlığının pozulduğu, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlərin təşkil edilmədiyi, iş prosesi zamanı əmələ gələn tullantılar (qida tullantıları) ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablarda saxlanılmadığı, birdəfəlik nəzərdə tutulmuş qablaşdırma vasitələrindən təkrar istifadə olunduğu, qida məhsulları ilə təmasda olan taxta altlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı və sənədləşdirilmədiyi, əllərin yuyulması üçün sahələr müvafiq qaydada yerləşdirilmiş əlyuma çanaqları ilə təchiz olunmadığı aşkarlanıb.

Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib olunub. Bu kimi halların baş verməməsi məqsədilə agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektlərində maarifləndirilmə tədbirləri aparılıb və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək.

Tarix
2026.03.16 / 23:22
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla