Yuxarı

Bakı səmasında dronlar niyə təşviş yaratdı? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı səmasında dronlar niyə təşviş yaratdı? - Ekspert

Gecə saatlarında Bakı səmasında müşahidə olunan dronlarla bağlı hər hansı narahatlığa ehtiyac yoxdur. İnsanlarımız televiziyada, sosial şəbəkələrdə Rusiya-Ukrayna, yaxud Yaxın Şərq müharibəsində dronları görürlər və buna görə də baş verən vəziyyətlə bağlı təşviş keçiriblər. Prinsip etibarilə, əvvəllər belə hal olmamışdı deyə, başadüşüləndir.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Bakı səmasında müşahidə edilən dronlarla bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin verdiyi məlumat açıq-aşkar göstərir ki, bu hadisə döyüş hazırlığının elementi kimi həyata keçirilib:

“Bunlar HHM və HHQ üçün lazım olan uçuşlar idi. Spontan deyil, planlaşdırılmış uçuşlar olur. Çünki gecə saatlarında mülki təyyarələrin də uçuşu, enişi həyata keçirilir.

Mən hesab edirəm ki, insanlar arasında bölgədə baş verən məlum hadisələrlə bağlı maarifləndirmə işi aparılmadığına görə təşviş yaranıb. Biz müharibəni yaşamış ölkəyik. İnsanlarımız ayıq-sayıq olmalıdır. Müharibə cənubda gedir, dronlar isə tam əks istiqamətdə - şimal istiqamətində uçub. Bakı kəndləri və Bakı ətrafında. Belə təlimlər gecə də olur, gündüz də. Kimin nə vaxt ürəyi istədi yox, müvafiq hökumət və dövlət strukturlarıyla razılaşdırılaraq keçirilir”.

Ekspertin fikrincə, bundan sonra da bu cür təlimlər olacaq:

“Xüsusi qeyd etmək istəyirəm ki, belə təlimlər günün istənilən saatında – gecə, gündüz, küləkdə, qarda, hətta mürəkkəb iqlim şəraitində belə keçirilməlidir.

Ona görə də insanlarımız sosial şəbəkədə ağıllarına nə gəlsə, yazmamalıdırlar. Azərbaycan Müdafiə Nazirliyinə etibar etməlidirlər. Çünki Azərbaycan Müdafiə Nazirliyi digər güc strukturlarıyla birlikdə ölkənin müdafiəsinə və təhlükəsizliyinə bilavasitə cavabdehlik daşıyan qurumdur”.

Qeyd edək ki, 16 mart gecə 01 radələrində Bakı səmasında eşidilən dron səsləri təşvişə səbəb olmuşdu.

Tarix
2026.03.16 / 23:40
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Mübariz İbrahimovun bu görüntüləri trend oldu - Video

AB-də maneə qalxdı: daha çox pul, daha çox silah verəcək!

Türkiyənin milli müdafiə naziri Qətərə getdi

Prezidentin köməkçisi Sarıbayla görüşdü

ABŞ da, Rusiya da bu ölkədə uduzdu: udan kimdir?

ABŞ bu kartı İranın əlindən alır - Eskalasiya olacaq?

İmtahan sualında Darek və Marek adı... - Video

Tezliklə “Tramp Marşrutu” ilə bağlı böyük hadisə olacaq

ABŞ Hörmüz boğazını niyə bloklayır?

Keçmiş sədrdən Hesablama Palatasına tövsiyələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla