Yuxarı

Xətai İH iftar süfrəsi qurdu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətai İH iftar süfrəsi qurdu - Foto

16.03.2026-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə “Mala Praga” restoranında iftar süfrəsi təşkil olunub.

Axar.az xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkilləri Qüdrət Həsənquliyev, Mixail Zabelin, Vüqar Rəhimzadə, Zahid Oruc, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər müqəddəs Ramazan ayının mənəvi dəyərlərindən, cəmiyyətdə həmrəylik, mərhəmət və xeyirxahlıq kimi ali keyfiyyətlərin təbliğində bu ayın xüsusi əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, Ramazan ayı insanları birliyə, qarşılıqlı hörmətə və yardımlaşmaya çağıran müqəddəs bir dövrdür.

Eyni zamanda, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan söz açılıb, onların cəmiyyətimizdə xüsusi ehtiramla qarşılandığı vurğulanıb.

İftar süfrəsində müqəddəs Ramazan ayının ölkəmizə və xalqımıza sülh, əmin-amanlıq və firavanlıq gətirməsi üçün dualar edilib.

Tarix
2026.03.17 / 12:27
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla