Yuxarı

FHN ticarət mərkəzində təlim keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN ticarət mərkəzində təlim keçirdi - Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektİ 45 ünvanında fəaliyyət göstərən "28 Mall" ticarət mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirib.

Axar.az xəbər verir ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd "28 Mall" ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.

Təlimin nəzəri hissəsində ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ticarət mərkəzində təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”, “yanğın” qısa müddətdə söndürülüb.

Təlimə ümumilikdə 20 nəfərdən ibarət şəxsi heyət, 4 ədəd texnika cəlb edilib.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Tarix
2026.03.18 / 11:44
Müəllif
Axar.az
Digər xəbərlər

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

Azərbaycanı həqiqi dost ölkə hesab edirik - Vuçiç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla