Yuxarı

270 qazi reabilitasiya keçdi, əvvəlki sağlamlığına qovuşdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
270 qazi reabilitasiya keçdi, əvvəlki sağlamlığına qovuşdu

Tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3800 qaziyə tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, agentliyin reabilitasiya mərkəzlərində onların reabilitasiya potensiallarının reallaşdırılması üçün davamlı olaraq məqsədyönlü işlər aparılıb.

Bu məqsədlə peşəkar həkim komandası tərəfindən müasir və effektiv reabilitasiya üsulları tətbiq olunub.

Görülən işlər nəticəsində qeyd edilən qazilərdən artıq 270 nəfəri reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyub. Digər qazilərlə də reabilitasiya işləri davam edir.

Müharibədə əzalarını itirmiş hərbçilərimizin yüksək texnologiyalı son nəsil protezlərlə, qaçış üçün yüksək texnologiyalı protezlərlə təminatı işləri də aparılıb. Bu reabilitasiya vasitələri müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sərbəst və aktiv, rahat hərəkətlər etmələrinə imkan yaradır.

Tarix
2026.03.18 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla