Yuxarı

47,8 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
47,8 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı

Bu ilin yanvar-fevral aylarında qanunsuz dövriyyədən çıxarılmış 893 kq 456, 646 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 47 milyon 855 min AZN kimi qiymətləndirilir.

Axar.az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.

Qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 529 nəfər cəlb edilib, onlardan 515-i kişi, 14 qadın olub. Məsuliyyətə cəlb edilmiş 8 xarici ölkə vətəndaşından ümumilikdə 110 kq 798,356 qr müxtəlif növ narkotik vasitələr götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 32 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 479 kq 764,016 qr narkotik vasitə çıxarılıb.

Tarix
2026.03.18 / 12:41
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla