Yuxarı

Pulsuz məzar yerləri fantastik qiymətə satılır - Rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pulsuz məzar yerləri fantastik qiymətə satılır - Rəsmi açıqlama

Son günlər qəbiristanlıqlarda məzar yerlərinin ödənişli əsasla satılması məsələsi yenidən gündəmə gəlib.

Yaxınları vəfat edən vətəndaşlar qeyd edirlər ki, qəbiristanlıqlara üz tutduqda məzar yerləri müxtəlif məbləğlər qarşılığında satışa çıxarılır.

Onlar bildirirlər ki, məzar yerlərinin qiymətləri ərazilərdən asılı olaraq 250 manatdan 10 min manata qədər dəyişir.

Axar.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Oxu.az-a hazırda bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, qəbiristanlıqların idarə olunması prosedurlarının təkmilləşdirilməsi ilə bağlı müvafiq dövlət qurumları arasında müzakirə və məsləhətləşmələrin aparıldığı bildirilib.

"Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, qəbiristanlıqların salınması, idarə olunması və bu sahədə xidmətlərin təşkili ilə bağlı məsələlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na əsasən, ölkə ərazisində qəbiristanlıqların salınması, idarə olunması, mühafizəsi, zərurət yarandıqda köçürülməsi, eləcə də bağlı elan edilməsi ilə bağlı tələblər və prosedurlar müəyyən edilib. Həmin normativ-hüquqi aktın tələblərinə uyğun olaraq, qəbiristanlıqların idarə olunması və bu sahədə xidmətlərin təşkili bələdiyyələrin səlahiyyətlərinə aid edilib. Qərara əsasən, Azərbaycan Respublikası vətəndaşlarının, respublikamızda olan və ya yaşayan, habelə qaçqın statusu almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin, eləcə də kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlıq müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.

Eyni zamanda bildiririk ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi respublikanın bəzi ərazilərində məzar yerlərinin vətəndaşlara ödəniş müqabilində ayrılması barədə məlumatların cəmiyyətdə doğurduğu haqlı narahatlığı bölüşür. Hazırda bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, qəbiristanlıqların idarə olunması prosedurlarının təkmilləşdirilməsi ilə bağlı müvafiq dövlət qurumları arasında müzakirə və məsləhətləşmələr aparılır", - məlumatda qeyd olunub.

Tarix
2026.03.18 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla