Yuxarı

FHN attraksionlara nəzarəti gücləndirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN attraksionlara nəzarəti gücləndirdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi bayram günləri ilə əlaqədar attraksionlara nəzarəti gücləndirib.

Axar.az xəbər verir ki, bu çərçivədə Agentlik Novruz və Ramazan bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə istifadə edəcəyi respublikanın şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionların təhlükəsiz istismarının təmin edilməsi məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət və təlimat xarakterli tədbirlər həyata keçirir.

Tədbirlərdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin əməkdaşları tərəfindən attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılır və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionlara cavabdeh olan şəxslərə zəruri göstəriş və tövsiyələr verilir.

Bildirilir ki, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə sınaq işləri aparılmalı və gündəlik texniki baxış keçirilməlidir.

Attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən attraksionların istismarı zamanı insanların həyat və sağlamlığının qorunması üçün təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi tələb olunur.

Həmçinin, həyata keçirilən tədbirlər zamanı attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə məsul şəxslərə ətraflı məlumat verilir.

Tarix
2026.03.18 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla