Yuxarı

3 gün əvvəl aldığı motosikletlə qəza törətdi, sevgilisi öldü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 gün əvvəl aldığı motosikletlə qəza törətdi, sevgilisi öldü - Video

Ötən il Bakının Səbail rayonu Bibiheybət qəsəbəsində baş verən və gənc qızın ölümü ilə nəticənən motosiklet qəzasına dair məhkəmə prosesi başa çatıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, məhkəmə hökmünə əsasən, ehtiyatsızlıqdan sevgilisi İnci Əsgərovanın ölümünə səbəb olan 1999-cu il təvəllüdlü Həbib Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirib ki, idarə etdiyi motosikleti hadisədən üç gün əvvəl alıb. O da məlum olub ki, Həbib motosikleti sürücülük vəsiqəsi olmadan idarə edib.

Təqsirləndirilən şəxs hadisə zamanı motosikleti 100 km sürətdən artıq sürətlə idarə etdiyi bildirib.

O, İncini təxminən hadisədən 4-5 ay əvvəl tanıdığını, onunla evlənmək fikrində olduğunu bildirib.

İnci Əsgərovanın hüquqi varisi məhkəmədə Həbibdən şikayətçi olmadığını, onunla barışdığını bildirib.

Qeyd edək ki, Həbib Məmmədov ona təyin edilən cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, hadisə 2025-ci ilin iyulunda qeydə alınmışdı.

Tarix
2026.03.18 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla