Yuxarı

Birbank Invest 2.0 təqdim olundu - Yeni investisiya imkanları

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Birbank Invest 2.0 təqdim olundu - Yeni investisiya imkanları

Azərbaycanın bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqi Birbank Invest-in 2.0 versiyası istifadəyə verildi.

Yenilənən platforma istifadəçilərə yerli və qlobal kapital bazarında daha geniş investisiya imkanları, təkmilləşdirilmiş interfeys və informativ qərarvermə üçün güclü alətlər təqdim edir.

Azərbaycan kapital bazarına çıxış

Birbank Invest 2.0 ilə istifadəçilər artıq yerli şirkətlərin səhm və istiqrazlarının ilkin (primary market) alışında iştirak edə bilərlər. Tezliklə platformada ilk olaraq PAŞA Bank-ın İlk Kütləvi Təklifi (IPO) təqdim olunacaq, beləliklə istifadəçilər birbaşa PAŞA Bankın səhmdarı olmaq şansı qazanacaqlar. Bu yenilik istifadəçilərə mobil tətbiq vasitəsilə birbaşa IPO prosesinə qoşulmaq və yerli kapital bazarında yaranan yeni investisiya imkanlarından yararlanmaq imkanı yaradacaq.

ABŞ kapital bazarının informativ analizi

Birbank Invest 2.0-da əlavə olunan Şirkət haqqında (Brief Company Info) bölməsi ABŞ bazarında səhmləri satışa çıxarılan şirkətlər barədə əsas məlumatları: fəaliyyət istiqaməti, qısa təsvir, bazar kapitalizasiyası, rəsmi veb-sayt, birjada ticarətə başlama tarixi və digər vacib göstəriciləri birbaşa tətbiq daxilində təqdim edir. Bu yenilik istifadəçilərə əlavə axtarışlara vaxt sərf etmədən daha effektiv və rahat investisiya qərarları qəbul etməyə imkan verir.

Təkmilləşdirilmiş istifadəçi təcrübəsi

Təqdim olunan yeni versiyada interfeys yenilənib, performans artırılıb və Qaranlıq rejimi (Dark Mode) əlavə olunub. Bu rejim xüsusilə gecə və ya zəif işıq şəraitində tətbiqdən daha rahat istifadə etməyə, göz yorğunluğunu minimuma endirməyə imkan yaradır.

Birbank Invest tətbiqini yükləmək üçün: https://www.b-b.az/vHdRj4

2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin ilk müstəqil investisiya tətbiqidir. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə əməkdaşlıq çərçivəsində yaradılan platforma istifadəçilərə yerli və beynəlxalq maliyyə bazarlarına rahat və təhlükəsiz çıxış imkanı yaradır.

Daha ətraflı məlumat üçün birbankinvest.az, saytına daxil ola, onlayn çat və yaxud sosial media kanalları vasitəsilə sorğu ünvanlaya və ya 196 Sorğu Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Tarix
2026.03.18 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla