Yuxarı

Qlobal Pul Həftəsi: "Expressbank" məktəblilərlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qlobal Pul Həftəsi: "Expressbank" məktəblilərlə görüşdü

Qlobal Pul Həftəsi çərçivəsində Expressbank tərəfindən Xətai rayonu, 55 nömrəli tam orta ümumtəhsil məktəbinin 7 və 8-ci sinif şagirdləri üçün maarifləndirici tədbir təşkil olunub.

Seminar zamanı şagirdlərə pulun düzgün idarə olunması, büdcə planlaşdırılması, qənaət vərdişləri və gələcək maliyyə qərarlarının əhəmiyyəti barədə ətraflı məlumat verilib. İnteraktiv formatda təşkil olunan görüş şagirdlərin mövzuya marağını artırmaqla yanaşı, onlara suallarını birbaşa ünvanlamaq imkanı yaradıb. Tədbir zamanı keçirilən viktorina əsasında şagirdlərin mənimsədikləri maliyyə bilikləri dəyərləndirilib və onlardan fəallığı ilə fərqlənənlər həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.

Bankın nümayəndəsi – təlimçi Əkbər Tağıyev çıxışı zamanı bildirib ki, maliyyə savadlılığının erkən yaşlardan aşılanması gələcəkdə daha məsuliyyətli və düşünülmüş maliyyə davranışlarının formalaşmasına zəmin yaradır. O, şagirdlərə pulun düzgün şəkildə yığımını və xərclənməsini öyrənməklə gələcəkdə daha ağıllı və məsuliyyətli maliyyə qərarları verə biləcəklərini, eyni zamanda bu biliklərin onlara pullarını qorumağa, qənaət etməyə və istəklərinə daha düzgün şəkildə çatmağa kömək edəcəyini bildirib.

Qlobal Pul Həftəsi kimi beynəlxalq təşəbbüslərdə fəal iştirak edən Expressbank gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirməyi planlaşdırır. Bank bu kimi tədbirlərdə aktivlik göstərməklə şagirdlərin maliyyə dünyasına daha hazırlıqlı daxil olmalarına və düzgün qərarlar vermələrinə dəstək olur.

Expressbank uzunmüddətli strategiyasında əhalinin maliyyə savadlılığının artırılmasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Bank bu məqsədlə müxtəlif yaş qrupları üçün təlimlər, seminarlar və maarifləndirmə məqsədli sosial layihələr həyata keçirir. Qurum hesab edir ki, maliyyə biliklərinin genişləndirilməsi yalnız fərdi rifahın yüksəldilməsinə deyil, həm də ümumi iqtisadi inkişafın güclənməsinə töhfə verir.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

#GlobalMoneyWeek2026 #GMW2026 #SmartMoneyTalks #MaliyyəSavadlılığı

Tarix
2026.03.18 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

Azərbaycanı həqiqi dost ölkə hesab edirik - Vuçiç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla