Yuxarı

Bayramov Moldovada ölkəmizdəki islahatlardan danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Moldovada ölkəmizdəki islahatlardan danışdı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Moldovada keçirilən Avropa Sosial Hüquqlar üzrə Yüksək Səviyyəli Konfransda iştirak edib.

Axar.az xəbər verir ki, konfransın “Əməyin gələcəyi: Yeni istiqamətlərin müəyyən edilməsi” adlı sessiyasında çıxış edən Anar Bayramov Avropa Sosial Xartiyasının sosial hüquqların qorunmasının təməl daşı olduğunu, bugünkü dəyişikliklərin sürəti və miqyasının bu çərçivəni müdafiə etməyi, modernləşdirmə və gücləndirməyi tələb etdiyini bildirib.

Nazir müavini insan kapitalının inkişaf etdirilməsinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasətin mərkəzində dayandığını vurğulayıb. O, son illər Azərbaycanda beş sosial islahat paketinin icra edildiyini, bu islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə üç dəfədən çox artım olduğunu qeyd edib.

Ölkəmizin sosial sahədə rəqəmsal nailiyyətləri, bu sahə üzrə xidmətlərə vahid platformadan çıxış imkanı yaradıldığı, 50-dən çox xidmətin proaktiv təqdim olunduğu, DOST modelinin üstünlükləri diqqətə çatdırılıb. “Əmək və Məşğulluq” altsisteminin əmək bazarı iştirakçıları üçün mühüm faydalarından bəhs olunub, bu e-sistemin işçilərin hüquqlarının qorunması baxımından e-nəzarətin tətbiqinə də imkan verdiyi vurğulanıb.

Həmçinin Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının (BƏT) 60 konvensiyasına qoşulduğu və MDB ölkələri arasında ən çox BƏT-in standartlarını qəbul etmiş ölkə olduğu qeyd edilib. Milli əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində əldə olunan irəliləyişlər diqqətə çatdırılıb.

Səfər çərçivəsində Moldovanın Sosial Sığorta üzrə Milli Kassasının direktoru xanım Yelena Tsıbırne, Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin Baş katibi Dumitru Pislaru ilə görüşlərdə gələcək əməkdaşlıq, habelə DOST konsepsiyasına maraq göstərən ölkələrdən biri olan Moldovada bu konsepsiyanın tətbiqi barədə fikir mübadiləsi aparılıb.

Tarix
2026.03.19 / 18:10
Müəllif
Axar.az
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla