Yuxarı

Zakir Fərəcov şəhid ailələrini ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Fərəcov şəhid ailələrini ziyarət etdi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Novruz bayramı münasibətilə Milli Qəhrəman Polad Həşimovun anası Səmayə xanım Həşimovanı, eləcə də Vətən Müharibəsi Qəhrəmanları Sübhan Cəbrayılov və Ramiz Cəfərovun ailələrini ziyarət edib.

Axar.az xəbər verir ki, görüş zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanan şəhər rəhbəri onları bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər şəhidlərimizin qəhrəmanlığı sayəsində əldə olunub və bu şanlı Qələbə Azərbaycan tarixində əbədi yer tutub.

Qeyd olunub ki, şəhid ailələri və qazilər dövlət başçısı tərəfindən daim diqqət və qayğı ilə əhatə olunur. Sumqayıt şəhərində də bu kateqoriyadan olan vətəndaşların sosial təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir.

Şəhid ailələri göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

Tarix
2026.03.20 / 21:28
Müəllif
Axar.az
Digər xəbərlər

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

Zelenskinin danışıqlar üçün Bakı təklifi - Rusiyadan cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla