Yuxarı

Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video

Son illər Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur.

Axar.az xəbər verir ki, coğrafiya elmləri doktoru Əmir Əliyev bildirib ki, Xəzərdə suyun artıb-azalması onun "həyatının" əsas göstəricisidir.

Onun sözlərinə görə, dənizin su balansı əsasən daxil olan və çıxan suların nisbətindən asılıdır: suyun təxminən 80%-i çaylar və yerüstü axınlar, həmçinin yağıntılar və yeraltı sular hesabına formalaşır.

Azalma isə daha çox buxarlanma hesabınadır. Mütəxəssislər qeyd edirlər ki, Xəzər dənizində suyun artıb-azalması təxminən 200 ildən bir baş verir və son illər azalma daha çox müşahidə olunur. Bunun isə təxminən 2050-ci ilə qədər davam edəcəyi gözlənilir. Həmin tarixdən sonra isə prosesin əksini müşahidə edə bilərik.

Əmir Əliyev dənizin sahilində ev və ya hər hansı obyekt inşa edənlərə suyun səviyyəsinin artıb-azalmasını nəzərə almağı məsləhət görür. Çünki həmin tikililər bir müddət sonra su altında qala bilər.

Daha ətraflı Baku TV-nin süjetində:

Tarix
2026.04.25 / 21:37
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Azərbaycan və özbək dillərində danışır - Hacıyev

Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi - Video

Yanacaqla bağlı problemlər həll olunmayıb… - Putin

Belə bir addımı iki dəfə Özbəkistanla atırıq - Hacıyev

Prezident Daşkənddə Ümummilli Liderin barelyefi önündə

Hikmət Hacıyev ona verilən hədiyyəni paylaşdı - Foto

Prezident Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi

İlham Əliyev Özbəkistana getdi - Video

Kamçatkada köməksiz qalan vətəndaşımız təxliyə edildi

Azərbaycan media heyəti Daşkənddədir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla