Yuxarı

Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video

Son dövrlərdə xarici ölkə vətəndaşları ilə həmyerlilərimiz arasında evliliklərin sayı artıb.

Axar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 48 546 nikaha daxilolma halı qeydə alınıb. Bunlardan 937-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1 127-si isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanan nikahlardır.

Maraqlıdır, niyə xarici vətəndaşlarla ailə qurmağa meyil bu qədər artıb?

Psixoloq Aygül Məlikova Baku TV-yə bildirib ki, hazırda gənclərin xarici vətəndaşlarla evliliyə üstünlük vermələrinin arxasında ailədaxili münasibətlər dayanır:

"Müasir gənclər bəzən ailələrində özlərini dəyərsiz hiss edir, sevgi və diqqət ehtiyacını daha dərindən yaşamaq istəyirlər. Burada, şübhəsiz ki, sosial medianın da böyük rolu var. Belə ki, xarici vətəndaşla ailə qurub öz xoşbəxt həyatını paylaşan şəxsləri gördükdə gənclərdə "mən də xarici şəxslə evlənsəm, daha çox sevilərəm" kimi fikirlər formalaşır".

Mütəxəssislər vurğulayırlar ki, qloballaşma qarşısıalınmaz bir prosesdir. Əsas məsələ dəyərlərin qorunması, mədəni kimliyin itirilməməsi, sevgi, hörmət və insan hüquqlarına əsaslanan ailə modelinin formalaşdırılmasıdır.

Tarix
2026.04.25 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

İmaməli Rəhman Azərbaycana yola düşdü

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

Lavrov sabah Bakıya səfər edəcək

Paşinyandan anklavlarla bağlı qəbuledilməz təklif

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla