10:47
Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Axar.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zərdab–Kürdəmir avtomobil yolunun Əlvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.
Qəza zamanı maşında olan 2 nəfər ölüb, xəsarət alanların olduğu bildirilir. Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
***
25.03.2026-cı il saat 11:10 radələrində Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Zərdab Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən 3 nəfərin (2 kişi, 1 qadın) müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
1951-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə zamanı 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
Bu gün Zərdabda yol qəzasında xəsarət alan 4 nəfərdən daha biri dünyasını dəyişib.
APA-nın xəbərinə görə, xəsarət alan Mütəllim Mütəllimov həkimlərin səyinə baxmayaraq, Zərdab Rayon Mərkəzi Xəstəxanasında ölüb.