Yuxarı

Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı

AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstana işgüzar səfəri çərçivəsində “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin İdarə Heyətinin növbəti iclasında iştirak edib.

Axar.az xəbər verir ki, görüşdə qeyd olunub ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu son illər ərzində qlobal yükdaşıma marşrutları arasında mühüm mövqe qazanıb, bu marşrutla Şərq-Qərb-Şərq istiqamətində daşınan yüklərin həcmi mütəmadi artır və bu da öz növbəsində əməliyyatların səmərəliliyinin yüksəldilməsi və rəqəmsal həllərin geniş tətbiqini ön plana çıxarır.

Eyni zamanda, TBNM BA Hüquqi Şəxslər Birliyinin icra orqanının ötən iki il ərzində gördüyü işlər nəzərdən keçirilib, mövcud yükdaşıma planının təkmilləşdirilməsi və Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə Avropa istiqamətində konteyner daşımalarının inkişafının zəruriliyi vurğulanıb.

Sonda TBNM BA Hüquqi Şəxslər Birliyinin yekun protokolu, Multimodal yük daşımalarının rəqəmsallaşdırılması sahəsində əməkdaşlığa dair Memorandum, eləcə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Xəzər dənizinin limanları və terminalları arasında konteyner daşımalarının təşkili, konteyner gəmilərinin yüklənməsinin təmin edilməsi və blok-qatarlarla daşımaların təşkili üzrə qarşılıqlı fəaliyyət və məsuliyyət tədbirləri haqqında üç saziş imzalanıb.

Tədbir çərçivəsində ADY sədri Rövşən Rüstəmov və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkətinin (KTZ) rəhbəri Talqat Aldıbergenovun görüşü keçirilib.

Görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əməkdaşlığın uğurla davam etdiyi, həmçinin rəqəmsallaşma istiqamətində nəzərəçarpan irəliləyişlərin əldə olunduğu bildirilib.

Tərəflər əməkdaşlığın daha da genişləndirilməsi, rəqəmsal həllərin tətbiqinin sürətləndirilməsi, ADY-nin Bakı Beynəlxalq Dəniz Limanı və Qazaxıstan limanları arasında koordinasiyanın gücləndirilməsi və Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Tarix
2026.04.25 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlərin təkbətək görüşü oldu

Prezidentlər və xanımları birgə foto çəkdirdilər

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

Prezidentlər Azərbaycan və özbək dillərində danışır - Hacıyev

Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi - Video

Yanacaqla bağlı problemlər həll olunmayıb… - Putin

Belə bir addımı iki dəfə Özbəkistanla atırıq - Hacıyev

Prezident Daşkənddə Ümummilli Liderin barelyefi önündə

Hikmət Hacıyev ona verilən hədiyyəni paylaşdı - Foto

Prezident Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla