Yuxarı

FHN-in regional mərkəzlərində mülki müdafiə kursları...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in regional mərkəzlərində mülki müdafiə kursları...

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2026-cı il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən mülki müdafiə kursları keçirilib.

Axar.az xəbər verir ki, Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən “Ümumtəhsil orta məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, “İnzibati ərazi dairələri üzrə nümayəndələr” və “Bələdiyyə sədrləri”, Şimal RM tərəfindən “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlər” və “Xilasetmə manqa komandirləri”, Gəncə RM tərəfindən “Kəşfiyyat Manqa komandirləri”, “Gənclərin çağırışadək hazırlığı üzrə rəhbərlər”, “Hərbi müəllim” və “Təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, Cənub RM tərəfindən “Xilasetmə manqalarının komandirləri”, “Ümumtəhsil orta məktəblərin təlim-tərbiyə işləri üzrə direktor müavinləri” və “Yanğınsöndürmə manqalarının komandirləri”, Muğan RM tərəfindən “Təlim-tərbiyə üzrə direktor müavinləri”, “İnzibati ərazi dairəsi nümayəndələr” və “İctimai təhlükəsizliyin mühafizəsi manqasının komandirləri”, Şimal-qərb RM tərəfindən “İnzibati ərazi dairəsi üzrə nümayəndələr”, “Bələdiyyə sədrləri” və “Gənclərin çağrışaqədərki hazırlığı üzrə rəhbərlər”, Aran RM tərəfindən “İnzibati ərazi dairələri üzrə nümayəndələr”, “Kəşfiyyat manqalarının komandirləri”, “Ümumtəhsil orta məktəbləri, kollec və peşə liseylərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, Qarabağ RM tərəfindən “İnzibati ərazi dairəsi üzrə nümayəndələr” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.

Kursların keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.

Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara dair fotoslayd və videoçarxlar nümayiş etdirilib.

Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.

Tarix
2026.04.02 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla