Yuxarı

​68 ildir eyni qurumda çalışır: 100 yaşı olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
​68 ildir eyni qurumda çalışır: 100 yaşı olacaq

Azərbaycanda ən yaşlı unuversitet müəllimi Məsumə Məlikovadır. Məsumə Məlikova Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiridir.

Axar.az Mətbuat.az-a istinadla xəbər verir ki, görkəmli alimin bütün fəaliyyəti BDU ilə bağlıdır. O, 68 ildi doğma təhsil ocağında çalışır.

Qeyd edək ki, hüquq elmləri doktoru, professor Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində dünyaya göz açıb. 1952-ci ildə BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini başa vuran M.Məlikova elə o vaxtdan BDU-nun Hüquq fakültəsinin Dövlət hüququ kafedrasında müəllim vəzifəsində saxlanılıb.

1953-cü ildə BDU-nun aspiranturasına qəbul olunan Məsumə Məlikova elmi işini davam etdirmək üçün 1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aspiranturasına ezam edilib. Aspiranturanı bitirdikdən sonra 1958-ci ildə MDU-da "M.F.Axundovun ictimai-siyasi baxışları" mövzusunda namizədlik, 1973-cü ildə isə "XIX əsrin II yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Məsumə Məlikova 1958-1968-ci illərdə Hüquq fakültəsinin Dövlət hüququ kafedrasının müəllimi olub. Sonra Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası təşkil edilib. O, 1968-ci ildən indiyə kimi bu kafedraya rəhbərlik edir.

M.Məlikova 1974-cü ildə professor elmi adını alıb, 1989-cu ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Alim "Azərbaycan Respublikasının Əməkdar hüquqşünası" fəxri adı, "Şərəf nişanı" və "Şöhrət" ordenləri, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı, "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı və çox sayda fəxri fərmanlarla təltif olunub.

İki il əvvəl Məsumə Məlikovanın 95 illik yubileyi təntənəli şəkildə qeyd olunub. 2029-cu ildə Məsumə xanımın 100 yaşı tamam olacaq. O, yaşının çoxluğuna baxmayaraq, bu gün də təcrübəsini gənc alimlərlə bölüşür.

Tarix
2026.04.04 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevlə Kobaxidzde bəyanatlarla çıxış etdilər

Əliyeva Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyində...

ABŞ-ın inanılmaz əməliyyatı: İrana nələr edəcəyini göstərdi!

Qanlı toqquşmalar, müharibələr və itkilər baş verir...

Bu, bizim üçün əsas nəqliyyat damarıdır - Prezident

Əminəm ki, səfərim buna yeni təkan verəcək - Prezident

İlham Əliyev Gürcüstanın dəyərli dostudur - Kobaxizde

Əliyevlə Kobaxidzenin geniş tərkibdə görüşü oldu - Foto

Prezidentin Kobaxidze ilə təkbətək görüşü... - Foto

Prezidentlərin təkbətək görüşü oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla