Yuxarı

Bu ərazilərə qar yağdı – Faktiki hava

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ərazilərə qar yağdı – Faktiki hava

Bu gün saat 11:00 olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə intensiv və güclü yağıntılar qeydə alınıb. Dağlıq ərazilərdə qar yağıb.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, qar örtüyünün hündürlüyü Şahdağda 57, Qrızda 20, Əlibəydə (Zaqatala), 11,Xınalıqda 17, Kəlbəcərdə 3 sm-dir.

Bakıda və Abşeron yarımadasında 1 sutka ərzində aylıq normadan çox yağıntı olub, belə ki düşən yağıntının miqdarı 29 mm təşkil edib ki, bu da aylıq normanın 128%-dir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Xaçmazda 46 (aylıq normanın 152%-i), Qusarda 33 (aylıq normanın 69%-i), Qubada 27 (aylıq normanın 56%-i), Gədəbəydə 23, Şəki (Kişçay), Qaxda (Sarıbaş) 22, Daşkəsəndə 19, Oğuzda 18, Şəmkir, Şabranda 17, Zaqatalada 16, Xaltanda 14, Balakən, Qəbələdə 13, Göygödə 12, Xızıda 10, Goranboy, Bərdədə 7, Naftalan, Qobustan, İsmayıllı, Mingəçevir, Yevlaxda 6, Ağdam, Tovuz, Ağstafa, Şahbuz, Şamaxı, Tərtər, Gəncə, Göyçay, Zərdab, Biləsuvar, Lerik, Naxçıvan, Şərur, Ordubad, Sədərək, İmişli, Ağsu, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Salyan, Yardımlı, Astara, Füzuli, Xocalı, Şuşa, Xankəndi, Laçın, Qubadlıda 5 mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Daşkəsəndə 23, Xızıda 19, Tovuz, Göygöl, Şabran, Lənkəranda 18, Sabirabad, Yardımlıda 16 m/s-dək güclənib.

Tarix
2026.04.05 / 11:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla