Yuxarı

Bu əraziyə 1 metr 24 sm qar yağdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu əraziyə 1 metr 24 sm qar yağdı

Aprelin 6-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 1 metr 24 sm, Qrızda 34 sm, Xınalıqda 22 sm, Qusarda 3 sm təşkil edir.

Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390%-ni təşkil edir.

Azərbaycanın rayonlarında düşən yağıntının miqdarı: Xaçmazda 94 (aylıq normanın 311%-i), Qubada 83 (aylıq normanın 174%-i), Xaltanda 74 (aylıq normanın 109%-i), Xızıda 69 (aylıq normanın 95%-i), Qusarda 69 (aylıq normanın 144%-i), Şabranda 63 (aylıq normanın 209%-i), Gədəbəydə 23, Şəki (Kişçay), Qaxda (Sarıbaş) 22, Daşkəsəndə 19, Oğuzda 18, Şəmkirdə 17, Zaqatalada 16, Balakən, Qəbələdə 13, Qobustanda 12, Lerik, Şamaxıda 10, İsmayıllı, Neftçala, Goranboyda 8, Bərdədə 7, Mingəçevir, Yevlax, Ağdam, Naftalanda 6, Şahbuz, Ağstafa, Biləsuvar, Astara, Tovuzda 4, Yardımlıda 3, Gəncə, Göyçay, Zərdab, Tərtərdə 2, İmişli, Beyləqan, Kürdəmir, Sabirabad, Salyan, Şərur, Ordubad, Sədərək, Naxçıvan, Füzuli, Kəlbəcər, Xankəndi, Xocalı, Laçın, Qubadlı və Şuşada 1 mm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24, Şabranda 20, Gəncə, Daşkəsəndə 18 m/s-dək güclənir.

Müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə 7-si axşamadək davam edəcəyi gözlənilir.

Tarix
2026.04.06 / 09:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla